logo
logo logo
logo

Pezeşkian ABŞ ilə razılaşmadan danışdı

21:45 - 15 İyun 2026

Pezeşkian ABŞ ilə razılaşmadan danışdı

"Razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır və yekun razılaşma hələ formalaşdırılmayıb".


Manset.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir", - o bildirib.

Pezeşkianın sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib:

"Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az