logo
logo logo
logo

Rusiyaya aid freqat Britaniya yaxtasına xəbərdarlıq  atəşi açdı

22:03 - 16 İyun 2026

Rusiyaya aid freqat Britaniya yaxtasına xəbərdarlıq  atəşi açdı

Rusiya Hərbi Dəniz Donanmasına aid "Admiral Qriqoroviç" freqatı La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.



Manset.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

    Məlumata görə, Rusiya gəmisinin heyəti Britaniya bayrağı altında üzən "Bright Future" yaxtasının təhlükəli şəkildə yaxınlaşdığını görüb.

    Dənizçilər gəmi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıblar, sonra siqnal səsləndirib.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaxta xəbərdarlıqlara cavab verməyib və yoluna davam edib. Gəmilər arasındakı məsafə təxminən 150 metrə enəndə freqat komandiri xəbərdarlıq atəşi açmağı əmr edib.

    Daha sonra yaxta istiqamətini dəyişib və toqquşmadan yayınıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az