logo
logo logo
logo

"Hər zaman ortaq həll yolu tapdıq" - Moskva və Ankaradan MESAJ

14:17 - 17 İyun 2026

\"Hər zaman ortaq həll yolu tapdıq\" - Moskva və Ankaradan MESAJ

"Rusiya ilə Türkiyə hər zaman mövcud problemlərə uyğun həll yolları tapa bilib və iki ölkə İstanbul razılaşmalarının hazırlanması və icrası üçün mümkün olan bütün səyləri göstərib".



Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib. Şoyqu bu fikirləri Moskva şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirilən görüş zamanı səsləndirib.


Görüşün əvvəlində açıqlama verən Şoyqu, Fidanla birgə əməkdaşlıq apardıqlarını qeyd edərək deyib: “Həm əvvəlki vəzifənizdə, həm də hazırkı vəzifənizdə Rusiya ilə müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq aparmısınız”.


Türkiyə ilə əvvəllər Suriyada terrorla mübarizə sahəsində də əməkdaşlıq etdiklərini bildirən Şoyqu əlavə edib:


“Bu dövr çətin keçdi. Lakin Rusiya ilə Türkiyə hər zaman mövcud problemlərə uyğun həll yolları tapa bildi. Suriyada (İdlib) gərginliyin azaldılması zonası və ya terrorla mübarizə kimi sahələrdə həll olunmayan məsələ olmadı. Türk gəmilərinin Ukrayna limanlarından geri qaytarılması, Türkiyəyə ərzaq tədarükünün təşkili və yüklər üzərindəki məhdudiyyətlərin aradan qaldırılması kimi məsələlər üzrə də iş aparıldı”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az