Türkiyənin Aksaray ərazisində 16 yaşlı bir qız atasının dostu tərəfindən cinsi istismara məruz qalıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qızın ailəsi məhkəməyə sübut kimi onun geyimlərini təqdim edib və DNT nümunələri şübhəlinin DNT nümunələri ilə uyğun gəlib. Cinsi istismarda ittiham olunan şübhəli məhkəməyə qədər sərbəst buraxılıb.
Yeniyetmə şübhəli tərəfindən aldadılaraq evə aparılıb. Evdə şübhəlinin niyyətinin yaxşı olmadığını anlayan yeniyetmə "Anam zəng edir" deyərək evdən çıxmağa çalışıb, lakin şübhəli telefonu əlindən alıb ona cinsi təcavüz edib, sonra isə doğum nəzarət həbləri qəbul etməsini tələb edib.