İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzaladığı 14 maddədən ibarət anlaşma memorandumu ilə bağlı görüntülər yayımlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sənədin hər iki ölkə arasında müharibənin dayandırılması məqsədilə hazırlandığı və rəsmi şəkildə tərəflərin liderləri tərəfindən təsdiqləndiyi bildirilir.
Donald Trampın isə Emmanuel Makron ilə Versal Sarayında nahar zamanı sənədi imzaladığı qeyd olunub.
Danışıqlar qruplarının daimi sülhün əldə edilməsi məqsədilə sabah İsveçrədə görüşəcəyi bildirilir.