logo
logo logo
logo

Argentinada 26 metrlik Messi heykəli ictimaiyyətə təqdim olundu 

10:30 - 21 İyun 2026

Argentinada 26 metrlik Messi heykəli ictimaiyyətə təqdim olundu 

Argentina millisinin dünya çempionu kapitanı Lionel Messinin ən böyük abidəsi vətənində ictimaiyyətə təqdim olunub.


Manset.az xəbər verir ki, "TyC Sports" telekanalının məlumatına görə, yeni abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Monumentin layihəsi heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.

Yeni abidə ölçülərinə görə Lionel Messiyə həsr olunmuş ən böyük heykəl hesab edilir.

Qeyd edək ki, iyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində ucaldılmış 21 metrlik Messi heykəli güclü küləklərdən sonra təhlükəsizlik və dayanıqlılıqla bağlı yaranan narahatlıqlar səbəbindən sökülmüşdü.

Beləliklə, Argentinada istifadəyə verilən yeni abidə həm ölçüsünə, həm də texniki göstəricilərinə görə əvvəlki rekordları geridə qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az