Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola yoluxma hallarının sayı 956-ya çatıb, 247 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi məlumat verib.
Nazirlik qeyd edib ki, hazırkı epidemiyanın episentri olan İturi əyalətində son 24 saat ərzində 23 yeni yoluxma və iki ölüm hadisəsi qeydə alınıb. Xəstəxanalarda 391 xəstə var, 92 nəfər isə tam sağalıb.
Epidemiyanın episentri olan İturi əyalətində 874 Ebola yoluxma və 201 ölüm hadisəsi qeydə alınıb ki, bu da ümumi sayın 91%-ni təşkil edir.
Ebola yoluxma hallarının təmas izlənməsi nisbəti 69,3%-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı bu nisbətin 95%- olmasını tələb edir.