logo
logo logo
logo

ABŞ-İran arasında danışıqlar günortadan sonra başlayır

13:05 - 21 İyun 2026

ABŞ-İran arasında danışıqlar günortadan sonra başlayır

İran-ABŞ danışıqları İsveçrənin Bürgenştok şəhərində başlayır.


Manset.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bildirib ki, Bürgenştokdə İran, ABŞ, Qətər və Pakistan nümayəndə heyətləri arasında keçiriləcək görüş bu gün günortadan sonra baş tutacaq.

Nazirliyin sözçüsü İsmayıl Bəqayi tərəflərin artıq İsveçrəyə çatdığını və diplomatik prosesin növbəti mərhələsinin başladığını açıqlayıb.

İsveçrə Xarici İşlər Nazirliyi də danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin ölkəyə gəlişini təsdiqləyərək prosesi alqışladığını bildirib. Məlumata görə, görüşlərdə ABŞ-İran anlaşma memorandumunun icra mexanizmi, Livanda atəşkəsin gedişi, İran neftinə tətbiq olunan güzəştlər və dondurulmuş aktivlərin azad edilməsi kimi məsələlər müzakirə olunacaq.

ABŞ nümayəndə heyətinə ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir. Danışıqlarda həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir də iştirak edir.

Eyni zamanda, İran tərəfi Livanda atəşkəsin icrasının zəifliyini gündəmə gətirərək bu məsələnin danışıqların əsas mövzularından biri olacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az