logo
logo logo
logo

Tramp “Green Card” qaydalarını çətinləşdirir

22:09 - 30 İyun 2026

Tramp “Green Card” qaydalarını çətinləşdirir

ABŞ-də iyul ayından qüvvəyə minəcək yeni miqrasiya siyasəti “Green Card” (Daimi Yaşayış İcazəsi) əldə etməyi indiyədək olduğundan daha çətinləşdirəcək.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müraciətlərin çoxluğu səbəbindən bəzi viza kateqoriyaları üzrə kvotalar artıq dolub. İyulun 10-dan tətbiq ediləcək yeni qaydalara əsasən isə müraciət formalarında ən kiçik imza çatışmazlığı belə ərizənin dərhal etibarsız sayılmasına və ödənilmiş rüsumun geri qaytarılmamasına səbəb olacaq.

Bildirilir ki, Donald Tramp administrasiyası qanuni miqrasiyaya dair tələbləri mərhələli şəkildə daha da sərtləşdirməyə davam edir.

İyul ayından etibarən ardıcıl qüvvəyə minəcək yeni dəyişikliklər həm “Green Card” almaq istəyənlər üçün tələbləri ağırlaşdıracaq, həm də müraciət sənədlərində edilən ən kiçik texniki səhvlərin belə ciddi nəticələr doğurmasına səbəb olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az