logo
logo logo
logo

Haluk Leventin qardaşı həbs edildi

22:51 - 30 İyun 2026

Haluk Leventin qardaşı həbs edildi

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində 18 şübhəlidən 17-si saxlanılıb.


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, sayca üçüncüsü keçirilən əməliyyat zamanı saxlanılanlardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Həbs olunanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də olub. Acil həbsxanaya göndərilib.

Həbs olunanlar "cinayətkar təşkilat yaratmaq və üzv olmaq", "rüşvət", "hədə-qorxu ilə pul tələb etmək" və "tender saxtakarlığı" kimi cinayətlərdə ittiham olunurlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az