İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son 24 saat ərzində Hörmüz boğazından keçməyə cəhd edən 4 gəmini saxladığını bildirib.
Manset.az xəbər verir ki, bu barədə The Times of Israel qəzeti SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"Son 24 saat ərzində SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıq atəşindən sonra Hörmüz boğazının cənub hissəsindən qeyri-qanuni və təhlükəli marşrutla keçmək niyyətində olan 4 gəmi saxlanılıb", - bəyanatda bildirilib.
Həmçinin əlavə edilib ki, SEPAH-ın xəbərdarlığından sonra gəmilər öz istiqamətini dəyişib.
Qeyd edilib ki, son həftələrdə İran Hörmüz boğazından keçmək üçün Oman sahilləri boyunca uzanan marşrutdan istifadə edən tankerlərə zərbələr endirirdi. Bununla da Tehran gəmiləri İranın ərazi sularına daxil olmağa və təhlükəsiz keçid üçün ödəniş etməyə məcbur edirdi.