Malatyanın Doğanşehir rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində yeddi nəfər xəsarət alıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə Güzelköy məhəlləsində baş verib. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan 38 EC 961 dövlət qeydiyyat nişanlı minik avtomobili, 01 BH 544 dövlət qeydiyyat nişanlı yük maşını və 44 BL 055 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 112 təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində xəsarət alan 7 nəfər təcili tibbi yardım avtomobilləri ilə şəhər xəstəxanasına çatdırılıb.