Kolumbiya Prezidenti Qustavo Petro yeni seçilmiş hakimiyyətə qarşı bombalı hücum təşkil oluna biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Prezident bildirib ki, avqustun 7-də səlahiyyətlərinin icrasına başlayacaq yeni seçilmiş dövlət başçısı Abelardo de la Espriyanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində bombalı hücum baş verə bilər. Mərasim ərəfəsində təhlükəsizlik qüvvələri şəhərdə genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirib.
Qustavo Petro sosial şəbəkə platforması "X" hesabında paylaşdığı məlumatda Kali şəhərində onlarla ton partlayıcı maddənin olduğunu iddia edib.
Bu iddiası ilə bağlı əlavə təfərrüat açıqlamayan Petro paylaşımında bildirib:
"Biz Kali şəhərində onlarla ton partlayıcı maddənin olduğunu bilirik. Narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplar ölkədə ümumi ictimai həyata təsir göstərəcək fövqəladə vəziyyətin (daxili iğtişaş rejiminin) elan olunmasına zəmin yaratmaq məqsədilə terror aktları törətmək istəyirlər".