logo
logo logo
logo

Fransadakı yanğın İkinci Dünya müharibəsinin sirrini açdı

13:42 - 04 Avqust 2026

Fransadakı yanğın İkinci Dünya müharibəsinin sirrini açdı

Fransanın cənubunda davam edən meşə yanğını zamanı Jirond bölgəsinin Le Porj kəndində İkinci Dünya müharibəsi dövrünə aid 400-dən çox tarixi döyüş sursatı və minaatan mərmisi aşkar edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətli qurumların məlumatına görə, yanğın zamanı eşidilən və ilkin mərhələdə qaz balonlarının partlaması hesab edilən güclü partlayışlar, yüksək temperaturun təsiri nəticəsində partlayan İkinci Dünya müharibəsindən qalmış döyüş sursatlarından qaynaqlanıb.

Le Porj bələdiyyəsinin meri Marsial Zaninetti bildirib ki, həmin sursat anbarının mövcudluğundan xəbərsiz olublar. Onun sözlərinə görə, partlayışlar nəticəsində döyüş sursatları ətrafa səpələnib, mərmilərdən biri isə yaşayış evlərindən birinin içərisinə düşərək binanı deşib keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az