Rumıniyada yüksək hava temperaturu səbəbindən ölkə üzrə qırmızı həyəcan siqnalı elan edildiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Milli Meteorologiya Xidmətinin yaydığı açıqlamada davam edən isti hava dalğası səbəbindən cümə axşamı səhər saatlarınadək ölkə üzrə qırmızı həyəcan siqnalı rejiminin tətbiq olunduğu qeyd edilib.
Açıqlamada isti hava dalğasının bir neçə gün davam edəcəyi vurğulanıb. Həmçinin avqust ayında rekord yüksək temperatur göstəricilərinin qeydə alına biləcəyi bildirilib.