İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edərək vəzifəsini icra etməyə davam edəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xalqa müraciət edən Pezeşkian istefa ilə bağlı iddialara münasibət bildirib.
O, "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərəm. İstefa verməyəcəyəm, mübarizə aparacağam", – deyə bildirib.
İran Prezidenti həmçinin İranın ali rəhbəri Müctəba Xamenei və Silahlı Qüvvələrlə arasında fikir ayrılığı olduğu barədə iddiaları da rədd edib.
Pezeşkian Silahlı Qüvvələrlə tam koordinasiya şəraitində fəaliyyət göstərdiklərini vurğulayaraq, "Silahlı Qüvvələrlə aramızda heç bir problem yoxdur", – ifadəsini işlədib.
O qeyd edib ki, hər hansı fikir ayrılığı yaranacağı təqdirdə Silahlı Qüvvələrin onun deyil, ali rəhbər Müctəba Xameneinin mövqeyini dəstəkləyəcəyi hər kəsə məlumdur. Pezeşkianın sözlərinə görə, bəzi dairələr İran Prezidenti ilə ali rəhbər arasında fikir ayrılığı olduğu barədə təsəvvür formalaşdırmağa çalışırlar.