logo
logo logo
logo

İkinci Dünya müharibəsində batan gəmi 81 il sonra üzə çıxdı - FOTO

17:10 - 04 Avqust 2026

İkinci Dünya müharibəsində batan gəmi 81 il sonra üzə çıxdı - FOTO

Avropada davam edən quraqlıq səbəbindən su səviyyəsi tarixi minimuma enən Dunay çayında İkinci Dünya müharibəsi zamanı – 1944-cü ildə alman ordusu tərəfindən batırılan döyüş gəmisi 81 ildən sonra yenidən üzə çıxıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, çayda suyun səviyyəsinin kəskin azalması uzun illər su altında qalmış tarixi qalıqları yenidən görünən vəziyyətə gətirib. 

Avropanı cənginə alan anomal istilər və quraqlıq nəticəsində su səviyyəsi sürətlə aşağı düşən Dunay çayı bu dəfə tarixi əhəmiyyət daşıyan bir kəşfə şahidlik edib. 

Serbiyanın Praxovo şəhəri yaxınlığında İkinci Dünya müharibəsindən qalan alman döyüş gəmisi yenidən görünməyə başlayıb.

Mütəxəssislərin sözlərinə görə, gəmi 1944-cü ildə Almaniyanın Vermaxt qoşunları Qırmızı Ordu qarşısında geri çəkilərkən öz qüvvələri tərəfindən batırılıb.

Aradan 81 il keçdikdən sonra Dunay çayında suyun səviyyəsinin qeyri-adi dərəcədə aşağı düşməsi nəticəsində gəminin böyük hissəsi yenidən su üzünə çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az