logo
logo logo
logo

Təyyarə burulğana düşdü - 17 nəfər yaralandı

22:16 - 04 Avqust 2026

Təyyarə burulğana düşdü - 17 nəfər yaralandı

"Air India" aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb.


Manset.az Report-a istinadən xəbər verir ki, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb.

Təyyarə Delhi hava limanına uğurla eniş edib, bundan sonra bütün sərnişinlər və ekipaj göyərtəni tərk edib.

"Air India" şirkətindən bildiriblər ki, yüngül yaralanmış bir neçə sərnişin və ekipaj üzvü müayinə üçün tibb müəssisələrinə yerləşdirilib.

Daha sonra aviaşirkət beş sərnişinin xəstəxanadan buraxıldığını, qalanlarının müalicəsinin davam etdiyini bildirib.

Hindistan Mülki Aviasiya Nazirliyindən bildiriblər ki, Mülki Aviasiya Baş İdarəsi (DGCA) insidentlə bağlı araşdırmaya başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az