logo
logo logo
logo

Rusiyadan Kiyevə HÜCUM - Həlak olanlar var

12:22 - 05 Avqust 2026

Rusiyadan Kiyevə HÜCUM - Həlak olanlar var

Rusiyanın ötən gecə Ukraynanın Kiyev vilayətinə növbəti hava hücumlarını həyata keçirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, Rusiya gecə saatlarında Kiyev vilayətinə silsilə hava zərbələri endirib.

Açıqlamaya əsasən, paytaxt Kiyev başda olmaqla, vilayətin müxtəlif qəsəbə və yaşayış məntəqələri hücumların hədəfi olub. İlkin məlumata görə, zərbələr nəticəsində 14 nəfər həyatını itirib.

Kiyev meri Vitali Kliçko da sosial şəbəkə hesabında paylaşım edərək hücumlardan sonra aparılan axtarış-xilasetmə işləri barədə məlumat verib.

O bildirib ki, hücum nəticəsində bir nəfər həlak olub, yaralananların sayı isə 26 nəfərə çatıb.

Kliçko daha əvvəl paytaxtın yerli vaxtla saat 01:33-dən etibarən ballistik raket hücumuna məruz qaldığını açıqlamışdı.

Merin sözlərinə görə, Kiyevin iki ayrı rayonunda yerləşən bəzi anbarlara ziyan dəyib. O əlavə edib ki, Holosiivski rayonunda müəssisələrdən birinin binasına zərbə endirilməsi nəticəsində ammonyak sızması baş verib. Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerində fəaliyyət göstərirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az