logo
logo logo
logo

Ölən atasının pensiyasını ala bilmək üçün cəsədini soyuducuda gizlətdi - Film kimi hadisə

13:55 - 05 Avqust 2026

Ölən atasının pensiyasını ala bilmək üçün cəsədini soyuducuda gizlətdi - Film kimi hadisə

Yunanıstan polisi atasının pensiyasını almağa davam etmək məqsədilə onun meyitini illərlə istifadəsiz otelin zirzəmisində yerləşən dondurucuda saxlayan şəxsi saxlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, 55 yaşlı oğul barəsində dələduzluq, yalan məlumat vermə, həmçinin evində pnevmatik silah aşkar edildiyinə görə silahlarla bağlı qanunvericiliyin tələblərini pozma maddələri ilə cinayət işi başladılıb.

Bildirilib ki, Mora yarımadasında, Sparta şəhəri yaxınlığındakı Mistras kəndinin sakinləri uzun müddət yaşlı kişidən xəbər ala bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Müraciətdən sonra aparılan axtarış zamanı ailəyə məxsus, istifadəsiz vəziyyətdə olan otelin zirzəmisindəki dondurucuda yaşlı kişinin meyiti aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində atasının təxminən iki il yarım əvvəl vəfat etdiyini, bundan sonra meyiti dondurucuya yerləşdirdiyini etiraf edib. Kənd sakinləri isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.

Yaşlı kişinin ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının, o cümlədən, meyitin yarılmasının nəticələrindən sonra müəyyən ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az