Rusiya Müdafiə Nazirliyi Qara dənizdə hərbi yük daşıyan iki Ukrayna gəmisinə zərbə endirdiklərini açıqlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, nazirliyin bəyanatında Rusiya ordusunun Ukrayna gəmilərinə hücumları davam etdirdiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, dünən Qara dənizdə – Odessa şəhərinin cənub və şərq istiqamətlərində iki quru yük gəmisi vurulub və həmin gəmilərin hərbi yük daşıdığı bildirilib.
Həmçinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi məlumat verilib.