Son vaxtlar Antalya sahillərində mikroplastik konsentrasiyasının artması diqqət çəkir.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Aralıq dənizi hövzəsində sıx əhali məskunlaşması, yay mövsümündə insan fəaliyyətinin artması, çaylar və gəmilərdən qaynaqlanan tullantılar, eləcə də sahillərə atılan zibillər mikroplastik çirklənməsini daha da gücləndirir.
Məlumata görə, külək vasitəsilə sahillərə daşınan mikroplastiklər dəniz canlıları tərəfindən qəbul edilir və qida zənciri vasitəsilə insan sağlamlığı üçün risk yaradır.
Bildirilib ki, plastik tullantılar təkcə dəniz ekosistemində vizual çirklənməyə səbəb olmur, eyni zamanda quşlar, balıqlar və dəniz tısbağaları kimi canlılar üçün də ciddi təhlükə yaradır.