logo
logo logo
logo

ABŞ-İran müharibəsi ilə bağlı amerikalıların qorxusu artıb

14:25 - 06 Avqust 2026

ABŞ-İran müharibəsi ilə bağlı amerikalıların qorxusu artıb

Amerikalıların yarısı ABŞ-ın İranla müharibəsinin xaosa səbəb olacağını düşünür.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İranla müharibəsinin beşinci ayında amerikalıların böyük hissəsi bu münaqişənin Yaxın Şərqdə sabitliyi pozacağını düşünür.

Altı gün davam edən sorğunun nəticələrinə əsasən, iştirakçıların 50 faizi ABŞ-ın İrandakı hərbi əməliyyatlarının qarşıdakı il ərzində regionda vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.

Müharibənin Yaxın Şərqdə sabitliyi artıracağını düşünənlərin payı isə 17 faiz olub. Respondentlərin 16 faizi vəziyyətin dəyişməyəcəyini, 17 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini və ya əmin olmadığını qeyd edib.

Sorğu ABŞ Prezidenti Donald Trampın İrana qarşı “kütləvi hücumlar”la bağlı açıqlamalarından geri çəkildiyi və münaqişənin gedişi ilə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxtda keçirilib.

Amerikalılar enerji qiymətləri ilə bağlı da narahat olduqlarını bildiriblər. İranın Hörmüz boğazında nəqliyyata təsir göstərməsi fonunda respondentlərin 58 faizi yaxın dövrdə benzin qiymətlərinin artacağını, yalnız 15 faizi isə ucuzlaşacağını gözlədiyini deyib.

Sorğuda iştirak edənlərin əksəriyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı da pessimist mövqe nümayiş etdirib. Onlar növbəti illərdə qlobal təhlükəsizlik vəziyyətinin daha da pisləşə biləcəyindən narahat olduqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az