logo
logo logo
logo

Baydenin səhhəti pisləşdi

23:52 - 08 Avqust 2026

Baydenin səhhəti pisləşdi

ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhəti pisləşib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu onun oğlu Hanter Bayden "BBC News"a müsahibəsində deyib.

"Bu, bir çox cəhətdən çox ağrılı və son dərəcə yorucudur. Xərçəng çox ağır xəstəlikdir. Bunu izləmək çox kədərlidir", - deyə Hanter Bayden bildirib.

Qeyd olunub ki, xərçəng xəstəliyi sabiq prezidentin sümüklərinə və digər orqanlarına metastaz verib.

Qeyd edək ki, Co Baydenin 83 yaşı var. O, 2025-ci ilin mayında prostat vəzinin aqressiv xərçəngindən əziyyət çəkdiyini açıqlayıb. Bir neçə ay sonra Bayden xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat keçirib.

Bayden 2021-2025-ci illərdə ABŞ prezidenti vəzifəsini tutub və vəzifəyə başladığı vaxt ABŞ tarixində prezident postuna seçilən ən yaşlı şəxs olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az