Türkiyəli müğənni Cansever vəfat edib.
Manset.az xəbər verir ki, bir müddətdir Almaniyada müalicə alan 59 yaşlı sənətçi ötən həftəsonu keçirdiyi infeksiya səbəbilə yenidən xəstəxanaya yerləşdirilib.
Arabesk musiqisinin tanınmış ifaçısının son iki gündə səhhəti kritik olub.
Cansever Almaniyanın Essen şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Müğənninin cənazəsinin Şimali Makedoniyada dəfn ediləcəyi bildirilib.
O, "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat?" mahnıları ilə tanınıb.