logo
logo logo
logo

"ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək" 

18:32 - 09 Avqust 2026

\"ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək\" 

ABŞ Ordusu İrana hücum edərsə, Tehran qətiyyətli və çəkindirici cavab verə bilər.


Manset.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bunu İran Ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi deyib.

"İrana Amerika hərbçisinin ayağı dəysə, onu kəsərik, düşmənin hər hansı addımına qətiyyətli və çəkindirici cavab verəcəyik", - Ə. Cahanşahi bildirib.

O, cənub-şərq bölgələri və Məkran sahillərində ordunun döyüş qabiliyyətinə baxış keçirib və vurğulayıb ki, hərbçilər istənilən təhdidin qarşısını ala bilərlər:

"Çevik reaksiya bölmələrinin və xüsusi təyinatlı qüvvələrin sərhəd bölgələrində təsirli iştirakı davamlı təhlükəsizliyin təmin olunmasına səbəb olub.

Silahlı qüvvələrin hazırlığı və İran xalqının döyüşçülərə dəstəyi düşmənlərin hesablamalarını iflasa uğradıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az