Ət yeyən qurd milçəklərinin törətdiyi parazit xəstəliyi 60 ildən sonra yenidən təhlükəyə çevrilib. Sonuncu dəfə Şimali Amerikada da qeydə alınan xəstəlik zamanı yumurtalardan çıxan parazit sürfələri qısa müddətdə canlı toxumaları məhv edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksikada 2024-cü ildə yenidən yayılmağa başlayan ət yeyən qurd milçəyi xəstəliyi 2025 və 2026-cı illərdə 500-dən çox insana keçib. Xəstəlik nəticəsində 6 nəfər həyatını itirib.
Sərhədləri keçərək şimala doğru yayılan parazit təhlükəsi ABŞ-nin Texas ştatına qədər çataraq ciddi ictimai sağlamlıq probleminə çevrilib.
Tibbdə miaz adlandırılan xəstəlik dişi milçəklərin açıq yaralara qoyduğu yumurtalardan çıxan sürfələrin canlı toxumalarla qidalanması nəticəsində yaranır. Xəstəliyin sürətlə yayıldığı bildirilir.