ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar fonunda Tehran rəhbərliyinə etimad göstərmədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Ohayo ştatından Vaşinqtona qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. O, İranın danışıqlar prosesi zamanı ABŞ tərəfinə dəfələrlə yalan danışdığını iddia edib.
“İrana güvənmirəm. Niyə elə danışırsınız ki, guya mən İrana güvənirəm? İrana güvənəcək ən sonuncu insan mənəm. Mənə dəfələrlə yalan danışıblar”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp çıxışında Hörmüz boğazı ilə bağlı da açıqlama verib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin boğaz üzərində tam nəzarəti ələ keçirdiyini iddia edib.
“Hazırda Hörmüz boğazına tam nəzarət edirik. Nəzarət onlarda deyil, tamamilə bizdədir. Bura bizimdir”, – Tramp deyib.