Egey dənizində İzmirin Karaburun rayonu sahillərində 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, yerli vaxtla saat 11:30-da baş verən yeraltı təkan İzmirin Karaburun rayonu sahillərindən Egey dənizində qeydə alınıb.
Zəlzələnin 12,37 kilometr dərinlikdə baş verdiyi müəyyənləşdirilib.
İlkin məlumatlara görə, yeraltı təkanla bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.