logo
logo logo
logo

Təyyarə avtomobillə toqquşdu 

13:30 - 12 Avqust 2026

Təyyarə avtomobillə toqquşdu 

İtaliyanın Milan şəhərində yerləşən Linate hava limanında uçuş-enmə zolağında hərəkətdə olan özəl təyyarə yerüstü xidmət avtomobili ilə toqquşub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən Milan Linate hava limanında baş verib. Yerüstü xidmət şirkətinə məxsus avtomobil uçuş-enmə zolağında hərəkət edən Hawker Beechcraft 400A tipli özəl təyyarəyə çırpılıb.

Hadisə yerinə təcili yardım və digər fövqəladə xidmət qrupları cəlb olunub. Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Toqquşmadan sonra hava limanında uçuşların hərəkəti təxminən 30 dəqiqə müddətinə dayandırılıb.

Qəza hava limanının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az