logo
logo logo
logo

“Rusiya ticari gəmilərinə əl qoyulmasına cavab verəcəyik” - Putin

14:26 - 12 Avqust 2026

“Rusiya ticari gəmilərinə əl qoyulmasına cavab verəcəyik” - Putin

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya ticarət gəmilərinə əl qoymasına cavab veriləcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Putin Rusiyanın şərqində yerləşən Saxalin vilayətinin inzibati mərkəzi Yujno-Saxalinsk şəhərinə səfər edib. O, burada Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının hərbi təlimlərinin yekun mərhələsini izləyib və “Varyaq” kreyserində donanma komandanlığı ilə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin formasında olan Putinə Sakit Okean Donanmasının komandanı Viktor Liina görülən işlər və yerinə yetirilən tapşırıqlar barədə məlumat verib.

Rusiya Prezidenti çıxışı zamanı Avropa İttifaqının Rusiya ticarət gəmilərinə qarşı mümkün addımlarına toxunaraq bildirib ki, Moskva buna cavab verəcək.

“Buna uyğun gördüyümüz yerdə cavab verəcəyik. Bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinə göstəriş vermişəm”, – Putin deyib.

Putin çıxışında Asiya-Sakit Okean regionundakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, bölgədə qarşıdurma ehtimalı artır.

“Bu bölgədə qarşıdurma potensialı artır. NATO buraya nüfuz edir. Burada hərbi-siyasi bloklar yaradılır, ölkəmiz üçün təhlükə yaradan yeni silah sistemləri yerləşdirilir”, – Rusiya Prezidenti bildirib.

Putin Arktika bölgəsində Şimal Dəniz Yolundan istifadə məsələsi ətrafında gərginliyin süni şəkildə artırıldığını da iddia edib. O, həmin bölgədə onsuz da kifayət qədər problem olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az