Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ yeni layihəsi ilə deyil, sosial şəbəkədə verdiyi gözlənilməz qərarla gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun təxminən 5 milyon izləyicisi olan rəsmi “Instagram” hesabını qəfil bağlaması pərəstişkarları arasında maraq doğurub. Hesabın hər hansı qayda pozuntusu və ya kiberhücum səbəbindən deyil, Tatlıtuğun şəxsi qərarı ilə bağlandığı ehtimal edilir.
Aktyorun bu addımından sonra sosial şəbəkələrdə və şou-biznes dairələrində müxtəlif iddialar səsləndirilib. Bəzi iddialara görə, Tatlıtuğ son dövrlərdə haqqında yayılan “partnyor” söz-söhbətlərindən narahat olub. Digər ehtimala görə isə aktyor sosial şəbəkələrin yorucu və mənfi mühitindən uzaqlaşmaq, rəqəmsal fasilə vermək qərarına gəlib.
Bununla belə, Tatlıtuğun hesabını hansı səbəbdən bağladığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Aktyorun gözlənilməz qərarı onun milyonlarla izləyicisi arasında geniş müzakirələrə səbəb olub.