logo
logo logo
logo

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

21:16 - 15 Avqust 2026

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırdığını bildirib.


Manset.az Al Jazeera-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan müsahibəsində bildirib.

    “Mən yaxın vaxtlarda Suriyaya səfər edəcəyəm”, - deyə Türkiyə lideri bildirib.

    Ərdoğan planlaşdırılan səfərin məqsədlərini açıqlamayıb.

    O, Ankaranın qonşu ölkəyə hərtərəfli dəstək göstərmək niyyətində olduğunu vurğulayıb.

    “Suriyanı tək qoymayacağıq, onun sabitliyinin qorunması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə Ərdoğan qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az