logo
logo logo
logo

Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi

23:53 - 15 Avqust 2026

Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi

Cənubi Koreya Prezidenti Li Çje Men Şimali Koreyanı daimi sülh sazişinə nail olmaq üçün danışıqlara başlamağa çağırıb.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, Cənubi Koreya lideri Koreyanın Yaponiyanın müstəmləkəçiliyindən azad edilməsinin ildönümünə həsr olunmuş çıxışında iki ölkənin dinc yanaşı yaşaması üçün dialoqa ehtiyac olduğunu bildirib.

Li Çje Men Koreya müharibəsinin başa çatdırılması məqsədilə KXDR və maraqlı tərəflər arasında danışıqların aparılmasını təklif edib.

Qeyd edək ki, 1950-1953-cü illər Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəs razılaşması ilə dayandırılıb.

Cənubi Koreya Prezidenti danışıqlar çərçivəsində Şimali Koreyanın nüvə potensialının məhdudlaşdırılması üçün effektiv tədbirlərin də müzakirə oluna biləcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az