ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Manset.az-ın məlumatına görə, yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki böyük var.
Leksinqton polisi bildirib ki, yaralıların vəziyyəti həyati təhlükə yaratmır.
Polis hələlik şübhəlinin kimliyi barədə məlumat açıqlamayıb.