logo
logo logo
logo

Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı 

13:30 - 16 Avqust 2026

Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı 

Macarıstanda avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

"Avqustun 16-sı gecə saatlarında "M3" avtomagistralı ilə Niredqaza istiqamətində hərəkət edən Polşa nömrəli avtobus qəflətən yoldan çıxaraq xəndəyə düşüb və aşıb", - məlumatda bildirilib.

Macarıstan polisinin ilkin məlumatına görə, sükan arxasında yuxuya gedən avtobus sürücüsü saxlanılıb. Dəqiqləşdirilib ki, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəza yerində xilasetmə işləri aparılır və qəzanın başvermə səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az