logo
logo logo
logo

Husilərə qarşı gün ərzində 200-ə yaxın əməliyyat keçirildi

16:16 - 16 Avqust 2026

Husilərə qarşı gün ərzində 200-ə yaxın əməliyyat keçirildi

Yəmən Silahlı Qüvvələri ötən sutka ərzində husilərə qarşı 181 hərbi əməliyyat keçirib.


Manset.az xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi polkovnik Məcid ən-Nüzeyli bildirib.

"Son 24 saat ərzində silahlı qüvvələr pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə 181 hərbi əməliyyat həyata keçirib, müxtəlif döyüş bölgələrində hərbi obyektləri və təhlükə mənbələrini vurub", - o qeyd edib.

Polkovnikin sözlərinə görə, zərbələr nəticəsində hərəkatın onlarla döyüşçüsü öldürülüb və yaralanıb, onlarla texnika, eləcə də silah anbarları məhv edilib. Əməliyyatlar təmas xətti boyunca geniş ərazidə keçirilib.

Xatırladaq ki, Yəmənin hökumət qüvvələri ilə qiyamçılar arasındakı qarşıdurma 2014-cü ilin avqustundan bəri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az