logo
logo logo
logo

Polşada 17-ci əsrə aid kilsə yandı

20:16 - 16 Avqust 2026

Polşada 17-ci əsrə aid kilsə yandı

Polşanın Sanok şəhərində yerləşən ən qədim taxta kilsələrdən biri yanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, yanğın Xalq Memarlığı Muzeyində baş verib.

"Böyük yanğın açıq səma altındakı muzeyin ərazisindəki üç binanı, o cümlədən 1667-ci ildə inşa edilmiş tarixi Müqəddəs Nikolay kilsəsini bürüyüb", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, yanğının söndürülməsində 140 yanğınsöndürən iştirak edib, alov nəzarətə götürülüb. Mütəxəssislərin səylərinə baxmayaraq, kilsə tamamilə yanıb, daha iki bina zədələnib.

Qeyd olunub ki, yanğının söndürülməsi zamanı yanğından mühafizə xidmətinin bir əməkdaşı əlindən yanıq xəsarəti alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az