logo
logo logo
logo

Məktəbə silahlı hücum - Ölənlər var

12:36 - 18 Avqust 2026

Məktəbə silahlı hücum - Ölənlər var

Filippinin cənubunda yerləşən liseydə silahlı hücum baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Məlumata görə, Milli İstintaq Bürosunun (NBI) açıqlamasında hadisənin ölkənin cənubundakı Zamboanqa şəhərində yerləşən liseydə dərslər başlamazdan qısa müddət əvvəl baş verdiyi bildirilib.

Açıqlamada məktəbə tapança ilə gələn hücumçunun liseyin sonuncu sinfində oxuyan şagird olduğu ehtimal edilir.

İlkin məlumatlara əsasən, hücum nəticəsində 2 şagird və 2 mühafizə əməkdaşı həyatını itirib, 9 nəfər yaralanıb. Hadisənin səbəblərinin, eləcə də məktəbdəki mümkün təhlükəsizlik boşluqlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.

Filippin Prezidenti Ferdinand Markos Jr. hadisə ilə bağlı açıqlamasında təhlükəsizlik qüvvələrinə hücumun hərtərəfli araşdırılması barədə göstəriş verib.

Markos həmçinin rəsmilərdən məktəblər və yerli icmalarla əməkdaşlıq çərçivəsində şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin gücləndirilməsini istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az