logo
logo logo
logo

Hörmüz boğazında gəmi vuruldu - İtkin düşənlər var

12:41 - 18 Avqust 2026

Hörmüz boğazında gəmi vuruldu - İtkin düşənlər var

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Hürmüz boğazında bir gəminin naməlum obyekt tərəfindən vurulduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, UKMTO-nun yaydığı yazılı açıqlamada Hürmüz boğazında hərəkətdə olan gəminin mühərrik bölməsinə naməlum obyektin dəydiyi bildirilib.

Açıqlamada gəminin heyəti arasında itkilərin olduğu qeyd edilib. Heyətin digər üzvlərinin isə Oman Sahil Mühafizəsi qüvvələri tərəfindən xilas edilməsinə çalışıldığı bildirilib.

Hadisənin miqyası və səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumların araşdırma apardığı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az