logo
logo logo
logo

Xarkovda yaşayış məntəqəsinə hava zərbəsi - 10 nəfər ölüb

16:08 - 18 Avqust 2026

Xarkovda yaşayış məntəqəsinə hava zərbəsi - 10 nəfər ölüb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində ilkin məlumata görə, 10 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında yaydığı açıqlamada Rusiyanın Xarkov vilayətində yerləşən Peçeneqi qəsəbəsinə hava zərbəsi endirdiyini qeyd edib.

Onun sözlərinə görə, zərbə poçt binası, mağazalar və yaşayış evlərinin yerləşdiyi, insanların sıx olduğu yolayrıcına endirilib.

“Hazırda 10 nəfərin həyatını itirdiyi məlumdur. Onların yaxınlarına və ailə üzvlərinə başsağlığı verirəm. Çox sayda yaralı var. Onlara bütün zəruri tibbi yardım göstərilir”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti hadisəni faciə kimi qiymətləndirərək, Rusiyanın bu hücumuna mütləq cavab veriləcəyini deyib.

Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov da sosial şəbəkə hesabında Rusiya ordusunun Peçeneqiyə raket zərbəsi endirdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az