logo
logo logo
logo

Türkiyədə avtobus dərəyə aşdı: 4 ölü, 10 yaralı - Azərbaycanlılar var?

16:34 - 18 Avqust 2026

Türkiyədə avtobus dərəyə aşdı: 4 ölü, 10 yaralı - Azərbaycanlılar var?

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 10 nəfər yaralanıb.

Hadisə Sivas-Suşehri avtomobil yolunun Gemin dərəsi ərazisində, Çokrak kəndi yaxınlığında baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarm, AFAD və təcili tibbi yardım qrupları göndərilib.

Qəzada 4 nəfər hadisə yerində həyatını itirib. Yaralanan 10 nəfər, o cümlədən vəziyyəti ağır olan 4 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yaralananlar arasında azərbaycanlıların olduğu ehtimal edilir. Rəsmi məlumat və yaralanan şəxslərin ad-soyadları dəqiqləşdirildikdən sonra bununla bağlı əlavə məlumat yayımlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az