Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində bir kənddə binanın divarının çökməsi nəticəsində 22 nəfər dağıntılar altında qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Məlumata görə, Yibin şəhərinin Çanqninq rayonundakı kəndlərdən birində bir ailə övladlarının universitetə qəbul olmasını qeyd etmək üçün qonaqlıq təşkil edib. Qonaqları yağışdan qoruyan çadırın söykəndiyi binanın divarı qəfil çöküb.
Yerli fövqəladə hallar üzrə məsul şəxslər bildiriblər ki, çadırın üzərində toplanan yağış suyunun yaratdığı ağırlıq divarın çökməsinə səbəb olub.
Hakimiyyət orqanlarının məlumatına görə, 3 nəfər hadisə yerində həyatını itirib. Daha 2 nəfəri isə göstərilən tibbi yardıma baxmayaraq xilas etmək mümkün olmayıb. Yaralanan 17 nəfər xəstəxanaya yerləşdirilərək müalicəyə cəlb olunub.