logo
logo logo
logo

Gələn il avqust ayında bu şəhərlər qaranlığa qərq olacaq - SƏBƏB

13:44 - 19 Avqust 2026

Gələn il avqust ayında bu şəhərlər qaranlığa qərq olacaq - SƏBƏB

Misirin cənubundakı Luksor şəhəri gələn il gündüz saatlarında qaranlığa qərq olacaq. 2 avqust 2027-ci ildə baş verəcək tam Günəş tutulması 6 dəqiqə 23 saniyə davam edəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, 2114-cü ilədək Yer kürəsinin istənilən nöqtəsindən müşahidə edilə biləcək ən uzun tam Günəş tutulması olacaq.

NASA-nın məlumatına görə, tutulmanın ən uzun davam edəcəyi məntəqə Luksor şəhərinin yaxınlığı olacaq. Hadisə Şimali Afrika, Avropanın cənubu və Yaxın Şərqin bəzi bölgələrində Günəşin tamamilə örtülməsinə səbəb olacaq.

Gələn ilin yayında baş verəcək hadisə 2009-cu ilin iyulunda qeydə alınan tutulmadan sonra XXI əsrin ən uzun ikinci tam Günəş tutulması olacaq.

Lakin 2009-cu ildə tutulmanın ən uzun mərhələsi Yaponiyanın sahillərindən yüzlərlə kilometr cənub-şərqdə, Sakit okeanın üzərində müşahidə edilmişdi.

2027-ci ildə isə tutulma zolağı Atlantik okeanından başlayaraq İspaniyanın cənubundan, Cəbəllütariqdən və Mərakeşin şimalından keçəcək. Daha sonra Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən keçərək Hind okeanında başa çatacaq.

Tutulmanın tam mərhələsinin müşahidə ediləcəyi zolağın eni təxminən 259 kilometrə çatacaq. İspaniyanın Kadis, Mərakeşin Tanjer, Əlcəzairin Vəhran, Liviyanın Benqazi və Səudiyyə Ərəbistanının Ciddə şəhərləri də bu zolağın daxilində yerləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az