Məşhur aktyorlar Beril Pozam və Ersin Arıcının serial çəkilişləri zamanı başlayan münasibəti 2024-cü ildə nikahla nəticələnmişdi. Xoşbəxt ailə həyatı ilə diqqət çəkən cütlükdən övlad müjdəsi gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beril Pozam hamilə olduğunu paylaşdığı görüntülərlə açıqlayıb. Məşhur aktrisa bu xəbəri sosial şəbəkə hesabında yayımladığı fotolar vasitəsilə sevənləri ilə bölüşüb.
Qeyd edək ki, Beril Pozam və Ersin Arıcının serial çəkilişləri zamanı başlayan dostluğu qısa müddətdə sevgi münasibətinə çevrilib. Cütlük 2024-cü ilin avqustunda ailə həyatı qurub.