Türkiyə və Suriya arasında mədənçilik sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə “Fosfat sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənəd iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Tərəflər fosfat ehtiyatlarının işlənməsi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcəklər.