logo
logo logo
logo

"Fənərbağça"da ayrılıq - Çağlar Söyüncü özünə klub axtarır

17:15 - 19 Avqust 2026

\"Fənərbağça\"da ayrılıq - Çağlar Söyüncü özünə klub axtarır

Fənərbaxçada Çağlar Söyüncü ilə bağlı diqqətçəkən ayrılıq xəbəri yayılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi komandadan ayrılmaq ehtimalına qarşı özünə yeni klub axtarmağa başlayıb.

Yeni mövsüm üçün heyət planlamasını davam etdirən Fənərbaxçada ayrılması ehtimal olunan futbolçuların siyahısına Çağlar Söyüncü də əlavə edilib. Xəbərinə görə, 28 yaşlı futbolçu komandadan ayrılacağı təqdirdə karyerasını başqa klubda davam etdirmək üçün danışıqlara başlayıb.

"Fənərbağça" rəhbərliyinin də milli müdafiəçinin gələcəyi ilə bağlı qərarını verdiyi bildirilir. Klubun Çağlar Söyüncü üçün qaneedici təklif alacağı halda onun transferinə icazə verəcəyi və ayrılığa mane olmayacağı qeyd olunur.

Çağların yeni klub axtarışına başlamasından sonra qarşıdakı günlərdə ona gələcək təkliflərin futbolçunun gələcəyini müəyyənləşdirəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az