logo
logo logo
logo

Məşhur cütlük sevgilərini Afrikada yenilədi - FOTO

17:42 - 19 Avqust 2026

Məşhur cütlük sevgilərini Afrikada yenilədi - FOTO

2022-ci ildən birlikdə olan Yasemin Yazıcı və Onur Tuna Tanzaniyada safari səfərinə çıxaraq münasibətlərinə rəng qatıb. Şəxsi həyatlarını adətən mediadan uzaq yaşamağa üstünlük verən məşhur cütlük bu dəfə səfərdən görüntüləri izləyiciləri ilə bölüşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Yasemin Yazıcı və aktyor Onur Tuna uzun müddətdir davam edən münasibətləri ilə şou-biznes dünyasının diqqət çəkən cütlükləri arasında yer alırlar. 2022-ci ildən birlikdə olan cütlük şəxsi həyatlarını əsasən gözlərdən uzaq saxlamağa çalışır.

Lakin bu dəfə fərqli addım atan cütlük Tanzaniyaya yollanıb. Safari səfərinə çıxan Yasemin Yazıcı sosial şəbəkə hesabında Afrikadakı səyahətindən müxtəlif görüntülər paylaşıb.

Aktrisanın safari avtomobilindən və təbiətdən paylaşdığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az