logo
logo logo
logo

Yaponiyada hökumətə qarşı etirazlar davam edir 

14:06 - 20 Avqust 2026

Yaponiyada hökumətə qarşı etirazlar davam edir 

Yaponiyada Baş nazir Sanae Takaichinin rəhbərlik etdiyi hökumətə qarşı etiraz aksiyası keçirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tokioda Milli Məclis binasının qarşısına toplaşan nümayişçilər hökuməti tarixi təhrif etməkdə və hərbi genişlənmə siyasəti yürütməkdə ittiham ediblər.

Aksiyada təxminən 15 min nəfərin iştirak etdiyi bildirilib. Nümayişin məqsədinin müharibə məsələsinə dərindən yanaşmayan və Yaponiyanın təcavüzkar keçmişi ilə üzləşməkdən imtina edən siyasətçilərin dərhal istefasını tələb etmək olduğu qeyd edilib.

Əllərində “Hərbi genişlənməyə qarşı çıxın” yazılmış plakatlar tutan aksiya iştirakçıları “Sülhsevər Konstitusiyanı müdafiə edin” və “Takaichi, dərhal istefa ver” şüarları səsləndiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az