logo
logo logo
logo

Torpaq onlarla insanı diri diri uddu - FOTO

15:00 - 20 Avqust 2026

Torpaq onlarla insanı diri diri uddu - FOTO

Mərkəzi Afrika Respublikasının Kamerunla sərhədyanı ərazisində yerləşən Zamboye kəndi yaxınlığında ənənəvi üsullarla istismar olunan qızıl mədənində uçqun baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, faciə nəticəsində indiyədək 107 mədənçinin cəsədi aşkarlanıb.

Hadisə mədən sahəsində iş aparıldığı zaman hələlik müəyyənləşdirilməyən səbəbdən böyük torpaq kütləsinin uçması nəticəsində baş verib. Uçqun zamanı torpaq kütləsi mədəndə çalışan çoxsaylı işçini altında qoyub.

Faciədən sonra əraziyə xilasetmə qrupları cəlb edilib. Torpaq altında qalan digər mədənçilərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az